Türkiyə yığması ardıcıl 2-ci, tarixdə 5-ci dəfə Avropa çempionatına yüksəlib

Türkiyə yığması ardıcıl 2-ci, tarixdə 5-ci dəfə Avropa çempionatına yüksəlib
# 14 noyabr 2019 23:20 (UTC +04:00)

İslandiya ilə qolsuz heç-heçə edərək AVRO-2020-nin seçmə mərhələsini uğurla adlayan Türkiyə millisi həlledici raunda yüksəlib.

APA-nın məlumatına görə, bu, “ay-ulduzlular”ın tarixində ardıcıl ikinci, ümumilikdə 5-ci belə uğurdur.

Qonşu ölkə təmsilçisi 1960-cı ildən keçirilən Avropa çempionatları tarixində final mərhələsi həyəcanını ilk dəfə 1996-cı ildə yaşayıb. Lakin İngiltərədəki yarışda komanda qrupda qalıb.

2000-ci ildə də bunu bacaran türkiyəlilər 1/4 final həyəcanı da yaşayıblar. Onlar növbəti turnirin seçmə mərhələsində dayanıblar.

3-cü cəhdində - 2008-ci ildə keçirilən final mərhələsi tarixi uğurla əlamətdar olub. Türkiyə millisi yarımfinala qədər irəliləyib. Bundan sonrakı turnirə vəsiqə qazana bilməyən yığma 2016-cı ildə qatıldığı final raundunu qrupda başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR