Türkiyədə hakim hakimi döyüb

Türkiyədə hakim hakimi döyüb
# 14 noyabr 2019 11:45 (UTC +04:00)

Türkiyəli sabiq FİFA referisi Dəniz Atəş Bitnel daha bir qalmaqala diqqət mərkəzinə düşüb.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 37 yaşlı hakim həvəskarlar arasında keçirilən "Maltəpə 1923" - "Golden Master" qarşılamasının antiqəhrəmanı olub.

Bu matçda futbolçu kimi çıxış edən D. Bintel görüşün 51-ci dəqiqəsində hakim Mehmet Ağaçlınin qərarına sərt reaksiya verib və onu yumruqla yerə sərib.

Döyülən M. Ağaçlı D. Atəş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. O, sabiq həmkarı tərəfindən 15 dəqiqə təhqir edildiyini də vurğulayıb.

Qeyd edək ki, 2016-cı ildə keçirilən "Trabzonspor" - "Qalatasaray" maçında göstərdiyi qırmızı vərəqələrə görə FİFA statusunu itirən və Salih Dursunun ona göstərdiyi qırmızı vərəqə ilə məşhurlaşan D. Bintel həvəskar səviyyədə peşəsini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR