UEFA Macarıstan – Azərbaycan matçının azarkeşsiz keçəcəyini rəsmən açıqlayıb

UEFA Macarıstan – Azərbaycan matçının azarkeşsiz keçəcəyini rəsmən açıqlayıb
# 08 oktyabr 2019 09:37 (UTC +04:00)

UEFA Apelyasiya Komissiyası AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının müraciətinə baxıb.

APA-nın məlumatına görə, qurum macarların şikayətini rəsmən rədd edib.

Nəticədə Nəzarət, Etika və İntizam Komissiyasının sentyabrın 9-da keçirilmiş Macarıstan – Slovakiya oyunu (1:2) ilə bağlı qərar qüvvədə saxlanılıb.

Bu o deməkdir ki, Macarıstan yığması seçmə mərhələdəki növbəti ev oyununu tamaşaçısız keçirəcək. Həmin cəza Azərbaycanla oktyabrın 13-də Budapeştdə baş tutacaq matça təsadüf edəcək. Macarıstan Futbol Federasiyasına verilən 67 min 125 dollarlıq cərimənin məbləği də dəyişməz qalıb.

Qeyd edək ki, bu cəzaya azarkeşlərin irqçi şüarları səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR