UEFA Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina edib

UEFA Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina edib
# 18 iyun 2019 15:30 (UTC +04:00)

UEFA qurumun sabiq prezidenti Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina edib.

APA-nın Rusiyanın “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, qurumun mətbuat xidməti hadisəyə münasibət bildirmək istəməyib.

Fransalının DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı korrupsiya ilə bağlı ifadə vermək üçün saxlanılmasına UEFA-dan qısa cavab verilib: “İndi bizim şərhimiz yoxdur”.

Qeyd edək ki, M.Platini 2015-ci ildə futbol fəaliyyətindən kənarlaşdırılıb. O, 2011-ci ildə FİFA prezidenti Yozef Blatterdən qanunsuz olaraq 2 milyon İsveçrə frankı almaqda günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR