UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödəyib

UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödəyib
# 15 oktyabr 2019 14:21 (UTC +04:00)

UEFA-nın Azərbaycan klubları üçün ayırdığı vəsait komandaların hesabına köçürülüb.

APA-nın məlumatına görə, 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak üçün 4 klub qazanc əldə edib.

AFFA-nın vasitəsilə UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ” büdcəsinə həmrəylik ödənişi kimi 1 milyon 140 min avro köçürülüb.

UEFA Avropa Liqasında iştirak üçün həmrəylik ödənişi alan klublardan “Neftçi” 780, “Qəbələ” 260, “Səbail” 240 min avro əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR