UEFA Türkiyə yığmasının əsgər salamını araşdıracaq 

UEFA Türkiyə yığmasının əsgər salamını araşdıracaq 
# 14 oktyabr 2019 12:12 (UTC +04:00)

UEFA Türkiyə milli komandasının futbolçularının Albaniya yışması ilə oyunda vurulan qoldan sonra əsgər salamı verməsi ilə bağlı araşdırma aparacaq.

APA-nın məlumatına görə, buna AVRO-2020-nin seçmə mərhələsinin Albaniya ilə ev oyunundakı (1:0) qələbə qolunun belə qeyd edilməsi səbəb olub.

Bununla da futbolçular Türkiyənin Suriya YPG/PKK terroçularına qarşı hərbi əməliyyatlara dəstək nümayiş etdirib. Hadisə Cenk Tosunun 90-cı dəqiqədə vurduğu qoldan sonra baş verib.

UEFA reqlamentinə əsasən siyasi, ideoloji, dini əsaslara söykənən, həmçinin təhqiramiz hərəkətlər qadağandır. Bu səbəbdən Türkiyə Futbol Federasiyasına intizam sanksiyaları tətbiq edilə bilər.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) matçında separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilsə də, UEFA hələ də buna rəsmi münasibət bildirməyib. Halbuki şotlandiyalı baş hakim Con Biton oyunu belə dayandırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR