Uels yığması Azərbaycanla oyuna yeni məşqçi ilə çıxacaq

Uels yığması Azərbaycanla oyuna yeni məşqçi ilə çıxacaq
# 21 avqust 2019 01:03 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu ərəfəsində Uels milli komandasının məşqçilər korpusunda dəyişiklik edilib.

APA-nın məlumatına görə, U-21-in baş məşqçisi Robert Peyc əsas komandaya cəlb olunub.

O, qarşıdakı oyunlarda Rayan Giqqzin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

R.Peyc sentyabrın 6-da Azərbaycanla seçmə, üç gün sonra Belarusla yoxlama görüşündə Albert Stayvenberqlə birlikdə köməkçi məşqçi olacaq. Çalışdırıcı AVRO-2020-nin seçmə mərhələsinin sonunadək bu postu tutacaq. Onun U-21-dəki vəzifəsi isə Pol Bodinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR