Uels yığması Bakıya itki ilə gələcək

Uels yığması Bakıya itki ilə gələcək
# 14 oktyabr 2019 01:00 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsinin IX turunda Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

APA-nın məlumatına görə, Böyük Britaniya təmsilçisi noyabrın 16-da keçiriləcək qarşılaşmada Co Allenin xidmətindən yararlana bilməyəcək.

Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. Xorvatiya yığması ilə görüşdəki (1:1) sarı vərəqə C.Allenin 3-cü xəbərdarlığıdır.
“Stok Siti” klubunun 29 yaşlı yarımmüdafiəçisi martın 24-də Slovakiya (1:0), sentyabrın 6-da Azərbaycanla (2:1) ev görüşlərində də cəzalanmışdı.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR