Uelsli yarımmüdafiəçi: “Azərbaycanla ilk oyun düşündüyümüzdən daha çətin oldu”

Uelsli yarımmüdafiəçi: “Azərbaycanla ilk oyun düşündüyümüzdən daha çətin oldu”
# 14 noyabr 2019 09:27 (UTC +04:00)

“Biz bilirik ki, qarşıdakı hər iki oyunda qələbə qazanmalıyıq. Əminik ki, oyun planını yerinə yetirsək, bunu edəcəyik”.

APA-nın məlumatına görə, bunu Uels yığmasının futbolçusu Harri Uilson deyib.

22 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin son iki oyunu barədə fikirlərini açıqlayıb. “Liverpul”un “Bornmut”a icarəyə verdiyi futbolçu noyabrın 16-da Azərbaycan, üç gün sonra Macarıstana qarşı keçiriləcək görüşlərdə qələbə qazanmalı olduqlarını bildirib: “Azərbaycanla ilk oyun düşündüyümüzdən daha çətin oldu. Bu səbəbdən də onlara hörmətlə yanaşmaq niyyətindəyik”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu “Bakcell Arena”da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR