Ukrayna millisi Azərbaycanla oyunöncəsi daha bir futbolçusunu itirib

Ukrayna millisi Azərbaycanla oyunöncəsi daha bir futbolçusunu itirib
# 19 noyabr 2019 10:33 (UTC +04:00)

Bu gün Azərbaycan millisi ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Ukrayna yığması itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Dmitri Topalov bu gün “Dalğa Arena”da baş tutacaq görüşdə iştirak etməyəcək.

Buna yarımmüdafiəçinin zədəsi səbəb olub. Dünən keçirilən oyunöncəsi son məşqdə xəsarət alan futbolçu yoxlama matçından kənar qalacaq.

Qeyd edək ki, bunadək xəstələnən üç futbolçu – Yevgeni Çeberko, Yefim Konoplya və Georgi Sitaişvili də heyətdən çıxarılmışdı. Onlar ümumiyyətlə Bakıya gətirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR