Ukrayna yığması Azərbaycanla görüş öncəsi itki ilə üzləşib

Ukrayna yığması Azərbaycanla görüş öncəsi itki ilə üzləşib
# 18 noyabr 2019 11:05 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi Ukrayna yığmasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, sabah Bakıda keçiriləcək yoldaşlıq oyunu ərəfəsində qonaqlar itkilərlə üzləşiblər.

AVRO-2021-in seçmə mərhələsinin Danimarka ilə görüşündən (2:3) sonra Bakıya gələn “göy-sarılar”ın üç futbolçusu matçda iştirak edə bilməyəcək. Yevgeni Çeberko, Yefim Konoplya və Georgi Sitaişvili sağlamlıq durumlarındakı problemlərə görə Bakıya gələcək heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu “Dalğa Arena”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR