Ümit Özat Azərbaycan klubu ilə danışıqlar apardığını təsdiqləyib

Ümit Özat Azərbaycan klubu ilə danışıqlar apardığını təsdiqləyib
# 02 oktyabr 2019 11:16 (UTC +04:00)

“Azərbaycanın “Sabah” klubu ilə danışıqlarımız oldu”.

APA-nın məlumatına görə, bunu türkiyəli məşqçi Ümit Özat deyib.

Mütəxəssis Türkiyədə verdiyi müsahibədə Bakının “Sabah” klubu danışıqlar apardığını təsdiqləyib. O bildirib ki, Azərbaycanda çalışmağın əleyhinə deyil: “Özümüzə görə müəyyən gözləntilərimiz var. “Sabah”ın oyunlarını da izlədim. Xaricdə çalışmaq məsələsi tez həll olunmur. Ötən həftə “Sabah”la sıx təmasda idik. Doğru qərar verməliyik. Azərbaycanın da doğru bir ölkə olduğunu düşünürəm. “Hatayspor”dan isə heç bir təklif almamışam”.

Qeyd edək ki, Ü.Özat 2009-cu ildən başladığı məşqçilik karyerasında Türkiyənin “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdman Yurdu”, “Gənclərbirliyi”, “Girəsunspor” və “Adana Dəmirspor”u çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR