Xulen Lopeteqi: “Atletiko”nu çətin duruma salan rəqib zəif sayıla bilməz”

Xulen Lopeteqi: “Atletiko”nu çətin duruma salan rəqib zəif sayıla bilməz”
# 18 sentyabr 2019 10:40 (UTC +04:00)

“Qarabağ” bir müddət əvvəl “Atletiko”nun Çempionlar Liqasını tərk etməsinə səbəb olan komandadır”.

APA-nın məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la sentyabrın 18-də keçiriləcək matçı barədə fikirlərini açıqlayıb: “Çempionlar Liqasının finalçısı olmuş “Atletiko”nu çətin duruma salan rəqib zəif sayıla bilməz. Qarşıda La Liqanın “Real”la çətin oyunu da olacaq. Bu üzdən heyətdə rotasiyalar aparacağam. İlin sonunadək çətin qrafiklə oynayacağıq. Həftədə iki matç keçirmək üçün bütün heyət üzvlərindən yararlanmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” matçı Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR