Xulen Lopeteqi: “Real”a məğlubiyyətə Azərbaycan səfəri ilə haqq qazandırmaq istəmirəm”

Xulen Lopeteqi: “Real”a məğlubiyyətə Azərbaycan səfəri ilə haqq qazandırmaq istəmirəm”
# 23 sentyabr 2019 10:16 (UTC +04:00)

“Real”la görüşdə sonadək mübarizə apardıq. Bir qol buraxmaqla uduzduq. Təəssüflənirəm ki, bir xal da qazana bilmədik”.

APA-nın məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi deyib.

Təcrübəli mütəxəssis La Liqanın V turunun “Real”la ev oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib. X.Lopeteqi Avropa Liqasının üç gün öncə Bakıda “Qarabağ”a qarşı keçirilən matçını mövsümdəki ilk yenilgi ilə liderliyin əldən getməsinə bəhanə göstərmək istəməyib: “Matçın ilk hissəsində qol imkanlarımız oldu. Lakin hücumları dəqiq zərbə ilə tamamlamadıq. Bu həftə “Qarabağ”la oyun üçün Azərbaycana uzun səfər etmişik. Məğlubiyyətə bununla haqq qazandırmaq istəmirəm. Həftədə iki matç keçirmək “Sevilya” üçün mövsümün sonunadək davam etməlidir”.

Qeyd edək ki, “Sevilya” Bakıda 3:0 hesablı qələbə qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR