Yasir Asani: “Qarabağ" kimi adlı-sanlı rəqiblə heç-heçə yaxşı nəticədir”

Yasir Asani: “Qarabağ" kimi adlı-sanlı rəqiblə heç-heçə yaxşı nəticədir”
# 10 iyul 2019 23:38 (UTC +04:00)

“Bizim üçün çox çətin oyun oldu. Belə adlı-sanlı rəqiblə heç-heçə yaxşı nəticədir”.

APA-nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun futbolçusu Yasir Asani deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la evdəki ilk oyunu barədə fikirlərini açıqlayan hücumçu 0:0 hesablı heç-heçədən məmnunluğunu dilə gətirib: “İnanıram ki, cavab oyununda uğur qazana bilərik. Yağış meydançanın durumuna təsir etmişdi. Lakin çətinlik çəksək də, meydançaya uyğunlaşıb, maksimum bacarığımızı nümayiş etdirdik. Bu dəfə heç-heçə oldu. Səfərdə qalib gəlmək istəyirik. Qol imkanlarımızdan yararlana bilmədik. Ya mən, ya da Erald Çinari hesabı açsaydıq, matç başqa cür yekunlaşardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR