Yığmanın baş məşqçisi: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

Yığmanın baş məşqçisi: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”
# 19 noyabr 2019 22:30 (UTC +04:00)

“Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan U-21 milli komandasının baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis Ukrayna yığması ilə Bakıda keçirilən yoxlama oyunu (1:1) barədə fikirlərini açıqlayıb: “Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldən verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR