Yurgen Klinsmann Ekvador yığmasını çalışdıracaq

Yurgen Klinsmann Ekvador yığmasını çalışdıracaq
  • Clock-gray 09:01
  • calendar-gray 17 Oktyabr 2019

Almaniya millisinin sabiq futbolçusu və məşqçisi Yurgen Klinsmann karyerasını Cənubi Amerikada davam etdirməyə yaxındır.

APA-nın məlumatına görə, 54 yaşlı mütəxəssis Ekvador millisinin “sükanı arxası”na keçəcək.

Tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib. Artıq yaxın günlərdə təyinat rəsmiləşəcək. O, müvəqqəti baş məşqçi vəzifəsini icra edən Xorxe Selikonu əvəzləyəcək.

Qeyd edək ki, Y.Klinsmann karyerası ərzində “Bavariya”, Almaniya və ABŞ millilərini çalışdırıb. 2016-cı ilin noyabrında ABŞ yığmasından ayrılan çalışdırıcı təxminən üç ildir işsizdir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date