“Yuventus” 20 yaşlı futbolçu transfer edib

“Yuventus” 20 yaşlı futbolçu transfer edib
# 17 iyul 2019 11:18 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, Turin təmsilçisi Hamza Rafya ilə müqavilə bağlayıb.

20 yaşlı yarımmüdafiəçi 3+1 illik anlaşmaya imza atıb. Fransanın “Lion” klubu futbolçusunun satışından 400 min avro əldə edib. Lakin bonuslar hesabına bu məbləğə daha 5 milyon avroya qədər əlavə edilə bilər. Həmçinin “Yuventus” futbolçunu satdıqda məbləğin 20 faizi fransalıların olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR