“Yuventus” Bonuççi ilə yeni müqavilə imzalayıb

“Yuventus” Bonuççi ilə yeni müqavilə imzalayıb
  • Clock-gray 20:35
  • calendar-gray 19 Noyabr 2019

İtaliyanın “Yuventus” klubu futbolçusu Leonardo Bonuççi ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi ilə yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

32 yaşlı müdafiəçi 2010-17-ci illərdə çıxış etdiyi və 2018-ci ilin yayında qayıtdığı Turin təmsilçisində daha 4 mövsüm oynayacaq. 7 qat İtaliya çempionu olan L.Bonuççi bu müddətdə ilə 6 milyon avro qazanacaq. 

Qeyd edək ki, müdafiəçi cari mövsümdə ümumilikdə 16, A seriyasında 12 oyun keçirib, 1 qol vurub.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date