Zinəddin Zidan Pol Poqbanı “Real”a gətirmək üçün görüşüb

Zinəddin Zidan Pol Poqbanı “Real”a gətirmək üçün görüşüb
# 18 oktyabr 2019 10:12 (UTC +04:00)

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba ilə görüşüb.

APA-nın məlumatına görə, təcrübəli mütəxəssislə İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu arasında görüş milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə baş tutub.

Z.Zidanla P.Poqba BƏƏ-nin Dubay şəhərində keçirilən “İdmanda süni intellekt” konfransında görüşüblər. Bu, futbolçunun “Real”a keçmək ehtimalını daha da artırıb.

Baş məşqçi hələ ötən yay P.Poqbanın “Real”a keçməsini istəyirdi. Futbolçunun özü də bu keçidin lehinə olsa da, transfer baş tutmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR