“Zirə” bundan əvvəl 12 komandada oynamış qapıçını transfer edib

“Zirə” bundan əvvəl 12 komandada oynamış qapıçını transfer edib
# 21 iyun 2019 10:55 (UTC +04:00)

Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb.

30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanıb. Monteneqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR