“Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb 

“Zirə”nin futbolçuları Malavi və Botsvana millisinə çağırılıb 
# 20 avqust 2019 16:46 (UTC +04:00)

"Zirə"nin 2 futbolçusu ölkəsinin millisinə dəvət alıb.

APA-nın məlumatına görə, Robin Nqalande Malavi, Mfo Kqasvane isə Botsvana yığmasının qarşıdakı 2 oyunu üçün əsas komandaya çağırılıb.

Bu millilər dünya çempionatının seçmə mərhələsinə start verəcəklər. I raunddan yarışa qoşulacaq yığmalar bir-biri ilə oynayacaqlar. R. Nqalande və M. Kqasvanenin komandaları sentyabrın 7-də Botsvanada, 3 gün sonra Malavidə qüvvələrini sınayacaqlar. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin II raundunda qrupa vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR