Güney azərbaycanlı fəal: İran müstəqil Azərbaycanın varlığını özünə təhdid görür

Güney azərbaycanlı fəal: İran müstəqil Azərbaycanın varlığını özünə təhdid görür
# 18 aprel 2023 15:53 (UTC +04:00)

"İran müstəqil Azərbaycan dövlətinin varlığını öz müstəqilliyinə təhdid olaraq görür".

APA xəbər verir ki, bunu Finlandiyada yaşayan cənubi azərbaycanlı fəal Çingiz Göytürk deyib.

O bildirib ki, bu səbəbdən də İran fars rejimi Azərbaycanın zəifləməsi, gücsüzləşməsi üçün dəridən qabıqdan çıxır: "Azərbaycan xüsusən 44 günlük Vətən müharibəsindən sonra reallaşdırılan layihələrlə dünyanın diqqətini cəlb edib. Bu da İranın get-gedə əhəmiyyətsizləşməsinə gətirib çıxarıb. Ona görə də bu layihələrin qarşısını almağa çalışır. Bunun üçün Azərbaycanın daxilində qurduğu terror ocaqları vasitəsilə təxribatlar törətməyə cəhd edir. Lakin Azərbaycan göstərdi ki, bizim cəmiyyət Yəmən, İraq cəmiyyəti deyil, daha şüurludur və təxribatlara uymur".

Güney azərbaycanlı fəal qeyd edib ki, bu gün İran adlanan məkanda ən önəmli siyasi cərəyan qeyri-fars millətlərinin başlatdığı prosesdir.

Onun sözlərinə görə, ölkədə etirazlar qismən səngimiş olsa da, amma milli hərəkatlar davam etməkdədir: “Oranı narahatlığa çəkən əsas amil də məhz bu milli hərəkatlardır. İranın ölkəmizə qarşı birmənalı münasibətinin olmamasına səbəb orada yaşayan 40 milyon Azərbaycan türkünün varlığıdır. Onlar dəfələrlə farsların qətliamlarına uğrayıb, ancaq inadlarından, mübarizələrindən geri çəkilməyiblər. İran Azərbaycan dövlətinin müstəqilliyindən, dünyada artan qüdrətindən qorxaraq, onu həzm edə bilmir”.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR