Qənirə Paşayeva: Güneyli soydaşlarımız efirlərdə Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyir - VİDEO

Qənirə Paşayeva: Güneyli soydaşlarımız efirlərdə Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyir - VİDEO
# 14 aprel 2023 13:12 (UTC +04:00)

ABŞ-da güneyli soydaşlarımız məndən xahiş edirdi ki, Azərbaycan dilini öyrədən verilişlər olsun.

APA xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

“Güney Azərbaycandan olan ziyalılarımızın ən çox vurğuladığı məsələ odur ki, onların, yəni güneylilərin folkloru ilə bağlı bilgimiz azdır. Onların çox böyük yaradıcılığı var, bu yöndə layihələr, proqramlar, verilişlər hazırlanmalıdır. Çünki bu insanlar bütövlükdə Azərbaycan ədəbiyyatına xidmət edirlər. Yaxud Borçalı olsun, Dağıstan, Dərbənd olsun, Qərbi Azərbaycan olsun, fərqi yoxdur, orada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatına xidmət deməkdir. O şəxslərin, o ədəbiyyatın efirlərdə təbliğatı vacibdir”, - o, əlavə edib.

Deputat Qərbi Azərbaycanla bağlı verilişlərin vacibliyini də vurğulayıb: “Qərbi Azərbaycanda olan folkloru, tarixi şəxsiyyətləri, mədəni-tarixi abidələri və digər bu kimi yöndə olan anlayışları özündə əks etdirən proqramlar çoxaldılmalıdır. Ən əsaıs isə vahid tariximiz barədə doğru, ardıcıl formada verilişlər hazırlanmalıdır".

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR