Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələrinin etirazları davam edir

Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələrinin etirazları davam edir
# 31 may 2023 11:14 (UTC +04:00)

Təbriz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin tələbələrinin rəhbərliyə etiraz olaraq dərslərdə iştirak etməməklə bağlı bir neçə gün əvvəl başlayan aksiyaları davam edir.

APA xəbər verir ki, türk dili və ədəbiyyatı fakültəsinin tələbələri fars ədəbiyyatı bölməsinin professor-müəllim heyətini işə götürülməyə müdaxilə etmələrinə görə etiraz əlaməti olaraq sosial şəbəkələrdə bəyanat yayıb və dərslərdə iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, İran İslam Respublikasının siyasəti nəticəsində bir neçə ildir ki, akademik kadrların işə götürülməsi məsələsində müxtəlif bəhanələrlə türk dili və ədəbiyyatı fakültəsi üçün maneələr yaradıb.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR