“Cənub” Elektrik Stansiyasının ərazisində ölüm hadisəsi baş verib

“Cənub” Elektrik Stansiyasının ərazisində ölüm hadisəsi baş verib
# 03 yanvar 2020 15:33 (UTC +04:00)

Şirvan sakini hündürlükdən yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1980-ci il təvəllüdlü Rzayev İsmayıl Vaqif oğlu “Cənub” Elektrik Stansiyasının ərazisində hündürlükdən yıxılaraq ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR