Kamil Sədrəddinov: “Ailəmə qarşı təzyiqlərlə əlaqədar bu gündən müddətsiz aclıq aksiyasına başlayıram”

Kamil Sədrəddinov: “Ailəmə qarşı təzyiqlərlə əlaqədar bu gündən müddətsiz aclıq aksiyasına başlayıram”
# 15 dekabr 2006 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinov sön söz deməkdən imtina edib: “2004-cü ildən bu günədək mənə olan təzyiqlər davam edir. Azərbaycan dövlətçiliyinə qəsd edənlərə qarşı mübarizə aparmışam, Heydər Əliyevə qarşı hazırlanan sui-qəsdin qarşısını aldığıma görə, dövlət tərəfindən verilən mükafatları əlimdən alınması barədə dövlət ittihamçılarının tələbi mənə qarşı təzyiqdir. Buna görə də son söz deməkdən imtina edirəm. Bu təzyiqlər mənə və ailəmə qarşı da aparılır. Buna görə dünəndən müddətsiz aclığa başlamışam. Əgər məhkəmə sağlamlığımla bağlı məsuliyyəti üzərinə götürmək istəmirsə, mənim saxlandığım təcridxananın dəyişdirilməsi ilə bağlı qərar versin. Ailəmə qarşı olan təzyiqlərlə bağlı vəkilim Oqtay Gərəkməzlidən xahiş edirəm, müvafiq qurumlar qarşısında məsələ qaldırsın”. Daha sonra təqsirləndirilən şəxslər Elşən Mirzəyev, Nişad İsmayılov, Fariz Həmidov son söz deyiblər və məhkəmədən ədalətli qərar verməyi xahiş ediblər. Təqsirləndirilən Ədalət Əsədullayev isə sön söz olaraq istintaqda ona edilən təzyiqlər haqda məlumat verib. O, istintaqda təzyiq altında ifadə verdiyini bildirib: “Məni cinayətlər sübut olunmadan həbs ediblər. İnanıram ki, məhkəmə qərar verərkən döyülmə yolu ilə əldə olunan sübutlardan istifadə etməyəcək və barəmdə ədalətli hökm çıxaracaq. İştirak etmədiyim cinayət hadisələri barədə ifadə versəm də, səsimə səs verən olmayıb. Ombusmana, baş prokurora və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə ünvanladığım şikayətlərə reaksiya verilmədi. İnsan taleyinə biganə yanaşmaq cinayətdir. Bəyan edirəm ki, cinayətkar deyiləm və heç bir cinayətdə iştirak etməmişəm. Məhkəmədən günahsızlığımı sübut edən sənədlərə istinad etməyi xahiş edirəm”. Proses günün ikinci yarısında təqsirləndirilən şəxslərin son sözü ilə davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR