Lənkəranda Azərbaycan NATO Beynəlxalq Məktəbinin qış sessiyası keçirilib

Lənkəranda Azərbaycan NATO Beynəlxalq Məktəbinin qış sessiyası keçirilib
# 15 dekabr 2006 11:13 (UTC +04:00)
Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NATO İnternational School on Azerbaijan) Lənkəran şəhərində dekabrın 11-də başlayan qış sessiyası başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, Xarici İşlər Nazirliyi və NATO-nun İctimai İnformasiya İdarəsinin maliyyə və ekspert dəstəyi ilə reallaşan tədbirin əsas mövzusu “Üç dəniz (Aralıq, Qara, Xəzər) regionunda təhlükəsizliyin möhkəmləndirilməsi” olub. Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Moldova, Finlandiya, İtaliya, Ukrayna, Litva, Gürcüstan, Qırğızıstan və Misirdən olan nümayəndələrin qatıldığı məşğələlərdə Xarici İşlər Nazirliyinin, NATO-nun, Türkiyə Hərbi Akademiyasının, Bişkek Amerika Universitetinin, Misir və Macarıstan ekspertlərinin “NATO və Riqa sammitindən sonra əməkdaşlıq”, “Üç dəniz regionunda təhlükəsizlik məsələləri”, “Təhlükəsizliyin möhkəmləndirilməsinə regional yanaşma” və s. mövzularda məruzələri dinlənilib. Sonda dinləyicilərə sertifikatlar verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR