Gələn ay Almaniyada Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin təsis konfransı keçiriləcək

Gələn ay Almaniyada Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin təsis konfransı keçiriləcək
# 15 dekabr 2006 11:45 (UTC +04:00)
Eks-spiker Rəsul Quliyevin təşəbbüsü ilə yaradılan Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin əsasnaməsi hazırlanır. Bu barədə APA-ya beynəlxalq cəmiyyətinin Azərbaycan bölməsinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, yeni qurumun əsasnaməsində onun rəhbərliyi, strukturları, iclasları və digər məsələlər, həmçinin həyata keçirəcəyi işlərlə bağlı konkret fikirlər öz əksini tapacaq. Əsasnamənin Bakıda hazırlanmasına baxmayaraq, ABŞ-da yaşayan R. Quliyevin prosesə nəzarət etdiyini bildirən A. Quliyev qısa müddətdə prosesin başa çatacağını vurğulayıb. Yanvarda isə beynəlxalq cəmiyyətin təsis konfransı keçiriləcək. A. Quliyevin sözlərinə görə, konfransın Almaniyada keçirilməsi nəzərdə tutulub. Təsis konfransında bir sıra dövlətlərdən qonaqlar da qatılacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR