Hüquq müdafiəçiləri bir qrup xəstə məhkumun əfv olunması üçün prezidentə müraciət ediblər

Hüquq müdafiəçiləri bir qrup xəstə məhkumun əfv olunması üçün prezidentə müraciət ediblər
# 15 dekabr 2006 11:45 (UTC +04:00)
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu bir qrup xəstə məhkumun əfv olunması üçün prezidentə müraciət edib. Bu barədə APA-ya qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məlumat verib. O bildirib ki, siyahıya səhhəti ağır olan bir qrup məhkumun adı salınıb. Hüquq müdafiəçiləri keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Səxavət Hümbətov və Akif Hüseynovun, milli qəhrəman Rasim Əkbərovun, Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, ADP fəalı Natiq Əfəndiyevin, “Yeni fikir” Gənclər Hərəkatının üzvü Səid Nurinin, AXCP üzvü Arif Əliyevin səhhətlərini nəzərə alaraq onların bağışlanmasını xahiş ediblər. R. Əkbərovun səhhətinin çox ağır olduğunu deyən Ç. Qənizadə onun əfv ediləcəyindən ümidlidir. S. Nuri isə şəri məhkum olunsa da, müalicə məqsədilə tez-tez xarici ölkəyə getmək məcburiyyətindədir və bunun üçün hər dəfə rəsmi icazə tələb olunması ona əlavə problem yaradır. 1 saylı Cəzaçəkmə Müəssisəsindən APA-ya bildirilib ki, siyahıda adı olan S. Hümbətov əfv üçün özü şəxsən prezidentə müraciət edib və onun sənədləri Prezident Aparatına göndərilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR