Dünya Bankının missiyası Azərbaycana gələcək

Dünya Bankının missiyası Azərbaycana gələcək
# 15 dekabr 2006 13:04 (UTC +04:00)
Azərbaycanda aparılan təhsil islahatları ilə maraqlanmaq məqsədilə yanvarda Dünya Bankının (DB) missiyası Azərbaycana səfər edəcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, missiya səfər zamanı Azərbaycanda hazırlanan fənn kurrikulimları ilə tanış olacaq və onlara öz rəylərini bildirəcək. Səfərin dəqiq tarixi isə hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, DB-nin nümayəndələri bu yaxınlarda Azərbaycanda səfərdə olublar. Həmin vaxt onlar orta məktəblərdə kurrikulumların tətbiqi vaxtı ilə müzakirələr aparıblar. Kurrikulumun əvvəl 2007-2008-ci tədris ilindən tətbiq edilməsi nəzərdə tutulsa da, müzakirələr zamanı Azərbaycan hökuməti DB-yə onu 2008-2009-cu tədris ilindən həyata keçirməyi təklif edib. Hökumətin təklifinə DB bu yaxınlarda cavab verəcək.
Xatırladaq ki, Azərbaycanda təhsil islahatlarının aparılmasını nəzərdə tutan Təhsil Sektorunun İnkişafı Layihəsi Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2003-cü ilin 19 sentyabrında imzalanmış kredit sazişi əsasında həyata keçirilir. İslahatlar 10 il müddətində, 3 mərhələdə keçiriləcək. İslahatların ilk mərhələsi 2003-2007-ci illəri əhatə edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR