“Postsovet məkanında medianın özünütənzimləməsi: Mətbuat Şuraları, onların yaranma zərurəti və rolu” mövzusunda beynəlxalq konfrans başlayıb

“Postsovet məkanında medianın özünütənzimləməsi: Mətbuat Şuraları, onların yaranma zərurəti və rolu” mövzusunda beynəlxalq konfrans başlayıb
# 15 dekabr 2006 13:15 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Postsovet məkanında medianın özünütənzimləməsi: Mətbuat Şuraları, onların yaranma zərurəti və rolu” mövzusunda ikigünlük beynəlxalq konfrans işinə başlayıb. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə MŞ-nin sədri Əflatun Amaşov açıb. Onun bildirdiyinə görə, tədbirə Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan jurnalist təşkilatlarının nümayəndələri, İsveçrə Mətbuat Şurasının sədri Peter Studer, Böyük Britaniya MŞ sədri Robert Artur, Türkiyə Basın Konseyinin başkanı Oqtay Ekşi qatılıblar. Ə. Amaşov tədbirin postsovet məkanında medianın özünütənzimlənməsi, fəaliyyəti və inkişaf dinamikası ilə bağlı müzakirələr aparmaq, ekspertlərin MŞ ilə bağlı fikirləri ilə tanış olmaq məqsədi daşıdığı bildirilib. Daha sonra çıxış edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda Mətbuat Şurasının yaranma zərurətindən danışıb. V. Əliyev MŞ-nin bir sıra problemləri həll etdiyini desə də, qurumun sanksiya tətbiq etmək hüququnun olmaması səbəbindən bəzi məsələlərin həllini tapmadığını qeyd edib.
Daha sonra çıxış edən Qırğızıstan, Gürcüstan, Ukrayna nümayəndələri də ölkələrində mətbuatın vəziyyəti barədə danışıblar. Onlar həmçinin MDB-də yaranmış ilk MŞ kimi Azərbaycan jurnalistlərinin təcrübəsini öyrənməyə maraqlı olduqlarını da qeyd ediblər./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR