Zaqatala, Qax və Balakən rayonlarına təbii qazın nəqlində fasilə yaranıb

Zaqatala, Qax və Balakən rayonlarına təbii qazın nəqlində fasilə yaranıb
# 15 dekabr 2006 13:48 (UTC +04:00)
Zaqatala, Qax və Balakən rayonlarına təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna sakinlər məlumat veriblər. Zaqatala rayon Qaz İstismarı İdarəsindən isə bildiriblər ki, adları çəkilən rayonlara verilən təbii qazın kəsilməsinə səbəb Şəki-Balakən magistral qaz kəməri xəttində və kəmərin Oğuz qolunda qaz sızmasının baş verməsidir. Bu gün səhər saatlarından etibarən kəmərin qaz sızmaları olan hissələrində təmir işləri başlayıb. Təmir başa çatan kimi, rayonlara təbii qazın verilməsi bərpa ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR