Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən Azərbaycan vətəndaşları cəzalarını çəkməsi üçün öz ölkəsinə veriləcək

Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən Azərbaycan vətəndaşları cəzalarını çəkməsi üçün öz ölkəsinə veriləcək
# 15 dekabr 2006 13:52 (UTC +04:00)
Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən Azərbaycan vətəndaşları cəzalarını çəkməsi üçün öz ölkəsinə veriləcək. APA-nın məlumatına görə, bu haqda ombudsman Elmira Süleymanova jurnalistlərin suallarını cavablandırarkən deyib. Ombudsman bildirib ki, bununla bağlı gürcü həmkarı ilə danışıqlar aparır. İlin sonunadək bu məsələnin həlli nəzərdə tutulub. E. Süleymanova bildirib ki, Rustavidə yerləşən bir neçə cəzaçəkmə müəssisəsində olub, orada cəza çəkən azərbaycanlı məhkumlarla görüşüb. Ombudsman bir neçə MDB respublikasının ombudsmanları ilə bu məsələ ilə bağlı danışıqlar apardığını və danışıqların müsbət nəticələnəcəyini diqqətə çatdırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR