Apellyasiya Məhkəməsi Sakit Zahidov barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Sakit Zahidov barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb
# 15 dekabr 2006 14:31 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində hakim Lətif Nəbiyevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovun (Mirzə Sakit) barəsindəki hökmdən verdiyi apellyasiya şikayəti üzrə proses yekunlaşıb. Vəkil Vüqar Xasayev APA-ya bildirib ki, məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmü qüvvədə saxlayıb. Bu cür qərarı gözlədiklərini deyən vəkil məhkəmənin hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini deyib.
Xatırladaq ki, S. Zahidov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR