Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sabiq əməkdaşlarının məhkəmə istintaqı yekunlaşıb

Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sabiq əməkdaşlarının məhkəmə istintaqı yekunlaşıb
# 15 dekabr 2006 15:07 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sabiq rəis müavini Gülməmməd Məmmədov, İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov və bu sistemin digər keçmiş əməkdaşlarının məhkəmə istintaqı yekunlaşıb. Hakim E. Vəliyev APA-ya bildirib ki, dekabrın 19-da dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyəcək. Xatırladaq ki, həmin şəxslər 5 il ərzində cəzaçəkmə müəssisələrinə ayrılmış ərzaq, dərman və digər malları mənimsəməkdə ittiham olunurlar. Penitensiar sistemin əməkdaşları ilə bərabər cəzaçəkmə müəssisələrinə ərzaq və digər mallar satan firmaların rəhbərləri də məsuliyyətə cəlb olunublar. İttiham aktına görə, dəstə üzvləri 5 il ərzində 16 milyard manat məbləğində dövlət əmlakını mənimsəyiblər. Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israfetmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR