Xasavyurd-Bakı istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Xasavyurd-Bakı istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb
# 18 dekabr 2006 15:20 (UTC +04:00)
Rusiya Daxili İşlər Nazirliyindən APA-nın Rusiya bürosuna verilən məlumata görə, hadisə Dağıstanın İzbirbaş şəhərində baş verib. Belə ki, avtobus minik avtomobili ilə toqquşduqdan sonra yoldan çıxaraq aşıb və yanğın baş verib. Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. APA-nın Dağıstan bürosunun məlumatına görə isə avtobusda azərbaycanlılar və başqa millətlərin nümayəndələri olub. Hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfərsə müxtəlif yanıq xəsarəti alaraq, xəstəxanalara yerləşdirilib. Ölən və yaralıların arasında azərbaycanlıların olub-olmadığı hələlik məlum deyil. Hadisənin səbəbləri araşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR