Daha 25 min erməni Azərbaycanın işğal altında olan ərazilərinə köçməyə hazırlaşır

Daha 25 min erməni Azərbaycanın işğal altında olan ərazilərinə köçməyə hazırlaşır
# 18 dekabr 2006 15:37 (UTC +04:00)
Azərbaycandan Ermənistana köçmüş 25 min erməni Dağlıq Qarabağa köçməyə hazırdır. APA-nın məlumatına görə, “Ermənistan - bizim evimiz” ictimai təşkilatının sədri Aida Yeremyan ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsi üçün “Artsaxın dirçəlişi” adlı aksiya keçiriləcəyini, artıq 6 min erməninin bu aksiya çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərinə köçməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinə köçmək istəyən ermənilər müvafiq sənədləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müvafiq orqanlarına təqdim ediblər. “Azərbaycandan köçən ermənilər Dağlıq Qarabağda torpaqla təmin ediləcək və kənd təsərrüfatı ilə məşğul olacaqlar”. Aida Yeremyan yeni ailə qurmuş ermənilərin işğal altında olan Azərbaycan torpaqlarına köçürülməsi prosesinin davam etdiyini, gələn ilin əvvəllərin iki erməni ailəsinin Kəlbəcərə köçürüləcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR