Piter Semnebi gələn ay işğal altında olan Azərbaycan torpaqlarına səfər edəcək

Piter Semnebi gələn ay işğal altında olan Azərbaycan torpaqlarına səfər edəcək
# 18 dekabr 2006 16:04 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi gələn ayın ikinci ongünlüyündə işğal altında olan Azərbaycan torpaqlarına səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Ermənistan mətbuatında xəbərlər yer alıb. Hazırda Ermənistanda səfərdə olan Piter Semnebi burada Ermənistanın işğal altından olan Azərbaycan torpaqlarında yaratdığı separatçı hərbi rejimin rəhbəri Arkadi Qukasyanla görüşüb. Görüşdə Piter Semnebi Dağlıq Qarabağ ərazisinə səfər etmək niyyətində olduğunu bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR