Quba rayonunun Rustov kəndində baş verən yanğında bir nəfər ölüb

Quba rayonunun Rustov kəndində baş verən yanğında bir nəfər ölüb
# 19 dekabr 2006 10:01 (UTC +04:00)
Dekabrın 18-dən 19-na keçən gecə Quba rayonunun mərkəzindən 30 kilometr aralıda yerləşən Rustov kəndində 1920-ci illərdə inşa olunmuş, ümumi sahəsi 200 kvadrat metr olan bir-birinə bitişik 4 yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 2 ev tam, digər 2 ev isə qismən yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və yaxınlıqdakı binalar mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1933-ci il təvəllüdlü Əhmədova Minafə Baba qızının meyiti aşkar olunub. Olayın səbəbi və dəyən maddi ziyan müəyyənləşdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR