Müstəqil Azərbaycan Universitetinin 4 tələbəsi ölüm aclığına başlayıb

Müstəqil Azərbaycan Universitetinin 4 tələbəsi ölüm aclığına başlayıb
# 19 dekabr 2006 10:03 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) 4 tələbəsi ötən gecədən ölüm aclığına başlayıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, dövlət qurumları tələbələrin aksiyasına heç bir reaksiya vermədiyi üçün 2004-cü ildə universitetə qəbul olunmuş Əli Paşayev, Elmin Pirməmmədov, Samir Babayev və Elman Əmirov gecə yarısından ağızlarını “skoç”la bağlayıblar. Tələbələr hər hansı hadisənin baş verəcəyi halda məsuliyyətin Təhsil Nazirliyinin üzərinə düşəcəyini elan ediblər. V. Süleymanov bildirib ki, hazırda aclıq aksiyasını 15 oğlan, 40 qız tələbə və 6 valideyn davam etdirir. Qeyd edək ki, MAU-nun tələbələri 20 gündən artıqdır aclıq aksiyasına başlayıblar. Onlar öz təhsillərini digər ali məktəblərdə davam etdirmələri üçün dövlət tərəfindən yardım edilməsini tələb edirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR