Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astaradakı cənub katerlər divizionu istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astaradakı cənub katerlər divizionu istifadəyə verilib
# 19 dekabr 2006 12:00 (UTC +04:00)
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Astaradakı cənub katerlər divizionu istifadəyə verilib. DSX mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, divizionun istifadəyə verilməsi münasibətilə təntənəli açılış mərasimi keçirilib. DSX rəisinin müavini İlham Mehdiyev tədbirdə iştirak edən DSX rəisi general-leytenant Elçin Quliyevə katerlər divizionu barədə ətraflı məlumat verib. Qeyd olunub ki, divizionda zabitlər üçün 16 mənzilli yaşayış binası, qərargah, kazarma, gəmilərin dayanması üçün yanalma körpüləri inşa edilib. Elçin Quliyev şəxsi heyət qarşısında etdiyi çıxışında bildirib ki, bu dəniz-sərhəd məntəqəsi Azərbaycanın cənub dəniz sərhədlərində xidmətin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılıb. DSX rəisi Sahil Mühafizəsinin divizionları sırasına daha bir divizionun da əlavə edilməsinin sahil mühafizəsinin gücləndirilməsində önəmli addımlardan biri olduğunu vurğulayıb: “Yeni yaradılmış dəniz-sərhəd məntəqəsi Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması istiqamətində mühüm rol oynayacaq”. Bundan sonra E. Quliyev divizionun istifadəsinə verilən texniki avadanlıqlara, yaşayış binasına baxış keçirib. DSX-dən bildirilib ki, qurumun Sahil Mühafizəsi 2005-ci ildə prezidentin sərəncamı ilə yaradılıb. Sahil mühafizəsinin dənizdə döyüş xidmətinin təşkili ilə əlaqədar bütün qurumlar Sahil Mühafizəsinin rəhbərliyi altında cəmləşdirilib. Bu cəmləşmə isə beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, qeyri-qanuni balıq ovuna, narkotik maddələrin qeyri-qanuni daşınmasına, qaçaqmalçılığa qarşı mübarizəni daha da təkmilləşdirir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR