Baş prokurorun birinci müavini Rüstəm Usubov BMT Konvensiyasına üzv ölkələrin konfransının birinci sessiyasında iştirak edib

Baş prokurorun birinci müavini Rüstəm Usubov BMT Konvensiyasına üzv ölkələrin konfransının birinci sessiyasında iştirak edib
# 19 dekabr 2006 12:35 (UTC +04:00)
Azərbaycan baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İordaniya Krallığında Korrupsiyaya qarşı BMT Konvensiyasına üzv ölkələrin konfransının birinci sessiyasında iştirak edib. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. R. Usubovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Milli Məclisin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Azərbaycanın İordaniya Krallığındakı səfirliyinin əməkdaşları olublar. Tədbirin ilk günündə “BMT-nin korrupsiyaya qarşı Konvensiyasının Azərbaycan qanunvericiliyinə implementasiyası” mövzusunda çıxış edən R. Usubov korrupsiya ilə mübarizə sahəsində görülən kompleks tədbirlər, xüsusilə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, Azərbaycanın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalara və BMT-nın “Korrupsiya əleyhinə” konvensiyasına qoşulması və milli qanunvericiliyə implementasiyası barədə məlumat verib. Tədbir çərçivəsində Türkiyə, Litva, Çin, Rusiya, Serbiya, Avstriya, Belarus, Ukrayna nümayəndə heyətlərinin rəhbərləri, həmçinin İordaniya Krallığının ədliyyə naziri cənab Şərif Zubi ilə keçirilmiş görüşlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib, aktual məsələlərə dair fikir mübadiləsi aparılıb. Konfransın 2-ci sessiyasının İndoneziyada keçirilməsi qərara alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR