Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb
# 26 dekabr 2006 10:11 (UTC +04:00)
Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının səhiyyə, təhsil və mədəniyyət məsələləri üzrə müavini Rafiq Əliyev vəzifəsindən kənarlaşdırılıb. Bu barədə APA-nın cənub bürosuna Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib. ŞİH-dən o da bildirilib ki, işdə yol verdiyi qüsurlara görə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Elşad Zeynalovun da vəzifəsindən kənarlaşdırılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi qarşısında vəsatət qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR