Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadan ayılmayıb

Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadan ayılmayıb
# 26 dekabr 2006 10:13 (UTC +04:00)
Dekabrın 16-da Müdafiə Nazirliyinin (MN) Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadan ayılmayıb. APA-nın Qərb bürosunun məlumatına görə, yaralı əsgərlərdən ikisi özünə gəlib. Başından yaralanmış əsgərin vəziyyəti isə ağırdır. Onun komadan çıxıb-çıxmayacağı barədə həkimlər konkret bir söz deməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Fuad Şamil oğlu Həsənov noyabrın 16-da AK-74 markalı avtomatla 4 əsgəri güllələyib və hərbi hissəni tərk edib. Yaralanmış əsgərlər - Ceyhun Mikayılov (Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Elçin Məmmədov, Vüqar Məmmədov (Bakıdan hərbi xidmətə çağırılıblar) və Vüsal Seyidov (Ağdam Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb) Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilib. C.Mikayılov aldığı xəsarətdən hospitalda keçinib. F.Həsənov isə hadisədən üç saat sonra qohumlarının evində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə başlanmış cinayət işi Gəncə şəhər Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğuna verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR