Milli Təhlükəsizlik Nazirliyində Samir Əsgərxanov adına mükafatın təqdimat mərasimi keçirilib

Milli Təhlükəsizlik Nazirliyində Samir Əsgərxanov adına mükafatın təqdimat mərasimi keçirilib
# 26 dekabr 2006 10:34 (UTC +04:00)
Bu gün Milli Təhlükəsizlik Nazirliyində Samir Əsgərxanov adına mükafatın təqdimat mərasimi keçirilib. Beynəlxalq terrorizmlə mübarizəyə həsr olunmuş müsabiqəyə jurnalistika, elmi-tədqiqat, müasir informasiya təbliğatı, kino və təsviri sənət nominasiyaları üzrə 29 iddiaçı tərəfindən əsərlər təqdim edilib. APA-nın məlumatına görə, birinci nominasiya üzrə birinci yerə avstriyalı müəllif Erix Fayqlın “Kəskin dönüş! Erməni mifomaniyası və həqiqət. Sənədlər” kitabı və ingilis dilində nəşr olunmuş “Terror mifi. Erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu” monoqrafiyası, ikinci yerə amerikalı müəllif Samuel A.Uimzin “Ermənistan: terrorçu xristian ölkənin gizlinləri” kitabı, üçüncü yerə Vəfaddin İbayevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində” kitabı layiq görülüb. Kino və təsviri sənət nominasiyası üzrə birinci yerə Roman Ağayevin “Erməni faşizmi”, ikinci yerə “Lider” TV-nin “Dəhşətli missiyalı emissar” sənədli filmləri, üçüncü yerə isə “Az TV”-nin “Soyqırımı” verilişi layiq görülüb. Müsabiqənin qaliblərinə mükafatları milli təhlükəsizlik nazirinin müavini vəzifəsini icra edən Əli Şəfiyev təqdim edib.
Qeyd edək ki, MTN üçüncü ildir ki, mərhum telejurnalist S.Əsgərxanovun xatirəsinə həsr olunmuş müsabiqə keçirir. Əvvəlki illərdən fərqli olaraq builki müsabiqəyə əcnəbi müəlliflər tərəfindən də əsərlər təqdim olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR