Gəncə sakininin meyiti zirzəmidən tapılıb

Gəncə sakininin meyiti zirzəmidən tapılıb
# 26 dekabr 2006 10:34 (UTC +04:00)
Dünən Gəncənin Kəpəz rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İstanbul küçəsində yaşayan Dursun Sadıqovanın meyiti evinin zirzəmisində tapılıb. Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qətli törətmiş Kəpəz rayon sakini İsmayıl Musayev və Kəlbəcər rayon sakini Sənan Misirov həbs olunublar. Fakt üzrə cinayət işi başlanıb. Araşdırma nəticəsində qətlin tamah məqsədi ilə törədildiyi aşkarlanıb. Qeyd edək ki, D.Sadıqova bıçaqla qətlə yetirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR