Şəkidə yeni dəyirman istifadəyə verilib

Şəkidə yeni dəyirman istifadəyə verilib
# 26 dekabr 2006 11:31 (UTC +04:00)
Şəki rayonunda yeni qurulmuş dəyirmanın açılışı keçirilib. Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dəyirmanın tikilib quraşdırılması “Şəki ipək” ASC-nin hesabına həyata keçirilib. Açılış mərasimində rayon İcra Hakimiyyətinin, “Şəki ipək” ASC-nin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən “Şəki ipək” ASC-nin baş mühəndisi Şahin Əsgərov bildirib ki, yeni dəyirman gün ərzində 40 ton un istehsal etmək gücünə malikdir. O, yaxın vaxtlarda dəyirmanın nəzdində çörək və bulka sexinin tikilib istifadəyə veriləcəyini də deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR