“Azərbaycan Respublikasında investisiyaların qorunması” adlı layihənin təqdimat mərasimi keçirilib

“Azərbaycan Respublikasında investisiyaların qorunması” adlı layihənin təqdimat mərasimi keçirilib
# 26 dekabr 2006 11:53 (UTC +04:00)
Bu gün “Hüquq Evi” İctimai Birliyi “Azərbaycan Respublikasında investisiyaların qorunması” adlı layihənin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. “Hüquq Evi” İctimai Birliyinin sədri və layihənin rəhbəri Rauf Qarayev bildirib ki, layihənin həyata keçirilməsində məqsəd investisiyalara dair ölkə qanunvericiliyinin təhlili və şərhi, bu qanunvericiliyin icra hakimiyyəti orqanları və məhkəmələr tərəfindən tətbiqinin araşdırılması, xarici investisiya şirkətlərinə yardım edilməsidir. Onun sözlərinə görə, investisiya haqqında qanunvericilik tam formalaşmayıb və bu sahədə müəyyən boşluqlar var. Millət vəkili Pənah Hüseyn isə Azərbaycanda yalnız dövlət orqanları ilə bağlı sahələrin inkişaf etdiyini qeyd edib və bunu investisiya üçün məhvedici mühit kimi qiymətləndirib. O, ölkədəki siyasi-iqtisadi kursun dəyişdirilməsini vacib sayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR