Rafiq Tağı və Samir Sədaqətoğlu Ombudsmanla görüşmək istəyirlər

Rafiq Tağı və Samir Sədaqətoğlu Ombudsmanla görüşmək istəyirlər
# 26 dekabr 2006 12:31 (UTC +04:00)
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmiş yazar Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu Ombudsman Elmira Süleymanova ilə görüşmək istəyirlər. Bu barədə APA-ya S. Sədaqətoğlunun qardaşı Sabir Sədaqətoğlu məlumat verib. Bildirib ki, təqsirləndirilənlər indiyədək Ombudsmanın onlarla görüşməməsindən narazılıq ediblər. S. Sədaqətoğlu cinayət işinin yekunlaşmadığını, müstəntiqin onlarla indiyədək 2 dəfə görüşdüyünü deyib. Rafiq Tağı və Samir Sədaqətoğlunun səhhətləri ilə bağlı problemi olmadığını deyən S. Sədaqətoğlu qardaşının təcridxanada İslam haqqında kitab, “Dəlilər və ağıllılar” komediyası üzərində işləməyə başladığını bildirib. Qeyd edək ki, R. Tağı və “Sənət qəzeti”nin baş redaktoru S. Sədaqətoğlu barəsində Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR